Qəzzaya havadan atılan yardım paraşütü açılmadı


İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın şimalına havadan atılan humanitar yardım qutularını daşıyan paraşütlər açılmayıb. Yardım qutuları ərazidə gözləyən insanların üzərinə düşərkən, hadisədə çox sayda insan həyatını itirib.

Turkustan.az xəbər verir ki, Qəzzanın şimalına humanitar yardım qutuları daşıyan paraşütlərHadisə zamanı çoxlu sayda ölən və yaralananların olduğu bildirilib.

Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal verdiyi yazılı açıqlamada Qəzza zolağının şimalına yardım aparan təyyarələrin atdığı humanitar yardım qutularını daşıyan paraşütlərin açılmadığını bildirib. Basal qeyd edib ki, qutuların ərazidə kömək gözləyən bir qrup fələstinlinin üzərinə düşməsi nəticəsində çoxlu sayda adam ölüb və yaralanıb. Sözçü Basal ölən və yaralananların sayı və yardımı yerə endirən təyyarələrin hansı ölkəyə aid olduğu barədə heç bir məlumat verməyib.

Martın 8-də Qəzza zolağında baş verən oxşar qəzada təyyarələrin atdığı humanitar yardım qutularını daşıyan paraşütlərin açılmayaraq ərazidə kömək gözləyən insanların üzərinə düşməsi nəticəsində 5 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.

İsrail ordusunun 210 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi son 24 saatda 26 nəfər artaraq 34 min 622 nəfərə çatıb. Yaralıların sayının 77 min 867-yə yüksəldiyi qeyd edilib.

İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 26 fələstinlinin həyatını itirdiyi, 51 fələstinlinin isə yaralandığı bildirilib. İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 439 fələstinlinin həyatını itirdiyi, 720 nəfərin isə yaralandığı bildirilib. Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ