“Fiziki məhdudiyyətli şəxslər üçün dəstək tədbirləri” adlı layihəyə start verilib


“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki məhdudiyyətli şəxslər üçün dəstək tədbirləri” adlı layihənin icrasına başlayıb.

Aktualinfo.az xəbər verir ki, “Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə məlumat verib ki, 3 ay davam edəcək layihənin əsas məqsədi əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkili, yaradıcılıq, idman və digər qabiliyyətlərinin üzə çıxarılması, onların mükafatlandırılması, cəmiyyətə inteqrasiyasına əlavə təkan verilməsi, sağlam mənəvi körpünün yaradılmasıdır.

Əlavə edib ki, idman və intellektual yarışlar əlilliyi olan insanlar arasında çox maraqla qarşılanır. Həmçinin bu cür tədbirlərə ictimai maraq da böyükdür. Belə tədbirlər əlilliyi olan insanlar üçün bir stumuldur.

İctimai birlik sədri vurğulayıb ki, əlilliyi olan insanların özünütəsdiqə və mənəvi birliyə ehtiyacı olduğunu nəzərə alaraq ətrafın onlara diqqətinin artırılması prioritet olaraq qalır. Ümumilikdə 100-dək əlilin, 100-dək gəncin və yeniyetmənin layihəyə cəlb olunması nəzərdə tutulur. Layihə çərçivəsində şahmat və bilik yarışları təşkil olunacaq, qaliblərin mükafatlandırılması mərasimi baş tutacaq.


MANŞET XƏBƏRLƏRİ