İnanılmaz görüntü: Timsah uçuş zolağına endi


ABŞ-ın Florida ştatındakı MacDill Hərbi Hava Qüvvələri bazasında timsah uçuş-enmə zolağına çıxıb. Təyyarənin yanında dayanan timsah məmurlar tərəfindən tutulub.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı MacDill Hərbi Hava Qüvvələri bazasında timsah uçuş-enmə zolağına çıxıb . Kadrlarda timsahın təyyarənin yanında tapıldığı və 3 məmur tərəfindən diqqətlə tutulduğu görülüb.

Florida ştatının Tampa şəhərində yerləşən MacDill Hərbi Hava Qüvvələri dünən verdiyi açıqlamada yerə enən təyyarənin yanında timsah göründüyünü və zabitlər tərəfindən diqqətlə tutulduğunu açıqlayıb.

Açıqlamada deyilir: “Bir timsah MacDill Hərbi Hava Qüvvələri bazasında uçuş-enmə zolağına çıxdı. Alligator Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası (FWC) tərəfindən tutularaq Hillsborodakı çaya buraxılıb.

Ən yeni dişli təyyarəçimiz (timsah) bazadan kənarda daha uyğun bir mühitə köçürüldü. "Köməyə görə FWC-yə xüsusi təşəkkür edirəm" dedi.

İnanılmaz görüntü: Timsah uçuş zolağına endi

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ