47 milyon illik nəhəng ilan tapıldı - FOTO


Hindistanda bir mədəndə "indiyə qədər yaşamış ən böyük ilanlardan biri" olduğu təxmin edilən bir ilana aid təxminən 47 milyon illik onurğalar aşkar edilib.

Turkustan.az xəbər verir ki, Scientific Reports jurnalında dərc olunan araşdırmaya görə, Qucarat ştatının qərbindəki linyit kömür mədənində ilana aid 27 fəqərə tapılıb.

Elm adamları, fəqərələrin hind mifologiyasındakı "ilan padşahı"na istinad edərək "Vasuki indicus" adlandırdıqları və 11-15 metr uzunluğunda olduğu təxmin edilən ilan növünə aid olduğunu bildirdilər.

Təxminən 47 milyon il əvvəl Hindistanda yaşadığı güman edilən və temperaturun daha yüksək olduğu ilanın böyük bir pitona bənzədiyini və zəhərli olmadığını ifadə edən araşdırmaçılar, "Vasuki indicus"un çəkisinin 1-ə çata biləcəyini təxmin etdiklərini qeyd etdilər.

Tədqiqatçılar ilanın təxmini ölçüsünü müəyyən etmək üçün 2005-ci ildə kəşf edilən "Vasuki indicus"un onurğa qalıqlarını canlı ilan skeletləri ilə müqayisə etdiklərini bildiriblər.

Tədqiqatçılardan Debajit Datta, böyüklüyünə görə "Vasuki indicus"un ovunu pusquya salaraq ələ keçirən yavaş hərəkət edən yırtıcı olduğunu ifadə edib.

Datta qeyd edib ki, nəhəng ilan fosilinin ətrafında tapılan pişik balığı, tısbağa, timsah və ibtidai balina qalıqları "Vasuki indicus"un bataqlıq ərazilərdə yaşadığını və bu heyvanları ovlamış ola biləcəyini göstərir.

Asiya torlu pitonu 10 metr uzunluğunda "bu gün yaşayan ən böyük ilan" kimi tanınır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ