Rusiya-Ukrayna müharibəsində kimyəvi silah iddiası


Kreml ABŞ-ın Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiasını rədd edib.

Turkustan.az xəbər verir ki, Kreml ABŞ-ın Ukraynadakı rus əsgərlərinin beynəlxalq kimyəvi silah qadağasını pozması ilə bağlı ittihamının əsassız olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya kimyəvi silahı qadağan edən sazişdən irəli gələn öhdəliklərə sadiq qalır.

Birləşmiş Ştatlar Rusiyanı boğucu maddə olan xloropikrin və Ukrayna əsgərlərinə qarşı etirazları yatırmaq üçün istifadə edilən qazlardan istifadə etməklə müqaviləni pozmaqda ittiham etmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ