İran ABŞ və İngiltərədəki şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edəcək


İran ABŞ və Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin də olduğu 15 şəxs və 10 təşkilata “İsrailin fələstinlilərə qarşı terror hücumlarını dəstəklədikləri” səbəbilə sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən iki ayrı yazılı açıqlamada, sanksiya siyahısına daxil edilən şəxslər və təşkilatların “İsrailin Qəzza zolağında həyata keçirdiyi terror aktlarına dəstək verərək ciddi insan haqları pozuntularına qarışdıqları” ifadə edilib.

Bununla əlaqədar olaraq Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps da daxil olmaqla 8 yüksək rütbəli Britaniya rəsmisi, İngiltərə Hərbi Hava Qüvvələrinin Cənubi Kipr Rum Administrasiyasında yerləşən Akrotiri Hava Bazası, Britaniya Hərbi Dəniz Qüvvələrinin HMS Diamond döyüş gəmisi, Elbit Systems, Rafael Advanced Defense Systems ilə birlikdə və Meggitt Defence şirkətlərə sanksiya tətbiq edilməsinə qərar verildi.

Həmçinin İsrailə silah dəstəyi verdiyi üçün Lockheed Martin və Şərqi Aralıq dənizində təbii qazın çıxarılmasında İsraillə əməkdaşlıq etdiyinə görə Amerikanın enerji şirkəti Chevron da daxil olmaqla 5 Amerika şirkətinə sanksiya tətbiq edilib.

ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanı Brayan Fenton, ABŞ-ın Yaxın Şərq üzrə keçmiş xüsusi nümayəndəsi Ceyson Qrinblat, Demokratiyaları Müdafiə Fondunun prezidenti Klifford Mey və Pentaqonun keçmiş rəsmisi Maykl Rubin də daxil olmaqla ümumilikdə 7 amerikalıya da sanksiya tətbiq edilib. Onların “İsrailin Qəzza zolağında törətdiyi terror aktlarını dəstəklədikləri” siyahıya əlavə edilib.

“Sanksiyaların həyata keçirilməsi üçün İranın bütün aidiyyatı qurumları tərəfindən lazımi addımlar atılacaq”, - deyə məlumatda bildirilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ