ABŞ: “Rəfahdakı quru əməliyyatını dəstəkləyə bilmərik”


İsrail hökuməti Qəzzanın son təhlükəsiz bölgəsi olan Rəfahda quru əməliyyatı keçirmək israrını davam etdirərkən, İsrailə səfər edən ABŞ dövlət katibi Blinken, “Təhlükəsizliyi təmin edəcək bir plan görmədən Rəfah əməliyyatına dəstək verə bilmərik".

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken İsrailin Rəfah şəhərinə qarşı planlaşdırdığı hərbi əməliyyatda mülki vətəndaşları qorumaq planı görmədiklərini və ABŞ-ın bu əməliyyata dəstək verməyəcəyini bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşdükdən sonra açıqlama verən Blinken, "Mülki əhalinin zərər görməyəcəyini təmin edən bir plan görmədən Refahda hərtərəfli hərbi əməliyyata dəstək verə bilmərik və verməyəcəyik. Belə bir plan görmədik" dedi.

İsrail rəsmiləri ilə danışıqların davam etdiyini və bu məsələnin müzakirə edildiyini bildirən Blinken, "Rəfaha qarşı hərtərəfli hərbi əməliyyata başlamadan HƏMAS problemi ilə mübarizənin yolları var, fikrimizcə, daha yaxşı yollar var" dedi.

Netanyahu, iki saat yarım davam edən görüşdən sonra verdiyi açıqlamada, ABŞ-ın münasibətinə və Birləşmiş Millətlər Təşkilatının (BMT) "hücumla nəticələnə bilər" xəbərdarlığına baxmayaraq, Rəfaha qarşı əməliyyat keçirəcəklərini təkrarladı.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ