Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO


Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı yük maşını kütləvi tədbir zamanı 29 uşağı vurub.

Turkustan.az "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Uşaqların 9-16 yaş arasında olduğu bildirilir.

18 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb.

(APA)


MANŞET XƏBƏRLƏRİ