Qazax istiqamətindəki kənddə sərhəd xətti belə olacaq - Şok xəritə yayıldı


Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb.

Turkustan.az xəbər verir ki, xəritə "Sputnik" agentliyinin Ermənistan bürosunun teleqram kanalında paylaşılıb.

Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiyaya olunan 11 nöqtənin olduğunu bildirib.

13440051344006

(modern.az)


MANŞET XƏBƏRLƏRİ