İsrail təkcə İranı vurmayıb: Gecə yarısı İraq və Suriyada da partlayış səsləri eşidildi


Dünən gecə İranın “Əsl vəd” əməliyyatına cavab zərbəsi endirən İsrail ordusunun təkcə Tehranı deyil, Suriyanın cənubundakı Suveyda hava limanını, İraqın paytaxtı Bağdad və Babili də vurduğu məlum olub. Səlahiyyətlilər gecə yarısı İsrailin vurduğu ərazilərdə partlayış səslərinin eşidildiyini bildirib.

Turkustan.az xəbər verir ki, Dəməşqdəki konsulluq binasına edilən hücuma cavab olaraq İran 300-ə yaxın raket və PUA ilə İsrailə qarşı "Əsl vəd" əməliyyatına başlayıb.

Dünən gecə İrana qarşılıq verən və bir çox nüvə stansiyasının yerləşdiyi İsfahanı 3 pilotsuz təyyarə ilə hədəfə alan İsrail ordusu kiçik miqyaslı hücumda istənilən nəticəni ala bilməyib.

Hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarələri havada məhv edərkən, İsrailin gecə yarısı təkcə İranı deyil, İraq və Suriyanı da vurduğu üzə çıxıb .

Bildirilir ki , İsrail , eləcə də İran Suriyanın cənubundakı Suveyda hava limanını gecə yarısı vurub . İsrail təyyarələri Əl-Tələh hava limanını, eləcə də ölkənin cənubundakı İzra şəhərində Suriya ordusunun radarının erkən xəbərdarlıq məntəqəsini də hədəfə alıb.

Gecə yarısı İraqın paytaxtı Bağdad və cənubda Babildə partlayış səsləri eşidilib . Yerli mənbələr İsrailin İraqda İran silahlı birləşmələrini bombaladığını, Bağdadda yıxılan binada iranpərəst silahlı birləşmələrin və İnqilab Keşikçiləri Korpusunun üzvlərinin toplantı keçirdiklərini bildirib. İraqın şimalındakı Ərbil və Mosul kimi şəhərlərdə də gecə yarısı döyüş təyyarələrinin səsləri gəlir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ