Tehranın hansı silahları var?


ABŞ kəşfiyyatının məlumatına görə, Yaxın Şərqdə ən çox ballistik raketlərə sahib olan İranın 2500 kilometrə qədər mənzilli raket və pilotsuz təyyarələrlə dolu arsenalı var.

Turkustan.az xəbər verir ki, İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri dünən dövlət televiziyasına verdiyi açıqlamada 13 apreldə 300-dən çox pilotsuz təyyarə və raketdən istifadə edilən hücumdan "onlarla dəfə böyük" əməliyyat təşkil etmək imkanlarına sahib olduqlarını, lakin cavab verdiklərini söylədi. İsrailin 1 Apreldəki konsulluğa hücumu ilə mütənasib olaraq verdilər. Bəs, İranın arsenalı onların bəyanatlarında dedikləri qədər güclüdürmü?

ABŞ Milli Kəşfiyyatının hesabatına görə, İran regionda ən çox ballistik raketlərə malik ölkədir. Tehran administrasiyası Qərbin uzun müddətdir izlədiyi silah istehsalı proqramı çərçivəsində pilotsuz uçuş aparatları, qanadlı raketlər və ballistik raketlər istehsal edir. Bəziləri Rusiya tərəfindən Ukrayna müharibəsində də istifadə edilmiş raket inventarları İranın bu sahədə ən etibarlı silahlarındandır.

İranın əlində olan ən uzun mənzilli qanadlı raket 3000 km mənzilli KH-55-dir. Ən təsirli ballistik raket 2500 km mənzilə sahib olan və saatda 17 min km sürətlə uça bilən “Secil” raketidir. Onların ardınca 2000 km mənzilli “Xeybar” ballistik raketləri və 1400 km mənzilli “Həcc Qasim” ballistik raketləri gəlir. İranın inventarına 300 ilə 1000 km arasında dəyişən ballistik raketlər də daxildir.

Pilotsuz təyyarələrin istehsalına da diqqət yetirən İran ötən il 2000 km mənzilli və 300 kq-a qədər partlayıcı daşıma gücünə malik “Muhacir-10” adlı pilotsuz uçuş aparatını təqdim edib. Tehran administrasiyasının ən məşhur pilotsuz təyyarələri Şəhid pilotsuz təyyarələridir ki, dünən gecə hücumda da onlardan istifadə edilib. Rusiya tərəfindən Ukrayna müharibəsində istifadə edildiyi iddia edilən bu kamikadze pilotsuz təyyarələr 1500 km-ə qədər uçuş məsafəsinə malikdir. Təxminən 35 kq partlayıcı daşıya bilən bu dronlar dağıdıcı təsiri məhdud olsa da, ucuzluğu ilə seçilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ