Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yaranmış vəziyyətin geostrateji dalana dirəndiyini bəyan edib.
Turkustan.az xəbər verir ki, o, bu fikirləri NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı zamanı səsləndirib.
Türkiyə liderinin sözlərinə görə, İrana müdaxilə ilə başlayan eskalasiya nəticədə çıxılmaz vəziyyət yaradıb. Bu böhrandan çıxış yolu beynəlxalq səviyyədə axtarılmalıdır.
Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdəki münaqişənin tezliklə başa çatdırılması üçün dünya ictimaiyyəti səylərini artırmalıdır./Globalinfo.az