İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu


İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailə məxsus üç təyyarə və iki helikopteri zərərsizləşdirib.

Məlumata əsasən, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün rəsmi açıqlama verib.

Bildirilib ki, vurulan texnikalar arasında bir ədəd F-35 qırıcısı, iki A-10 hücum təyyarəsi və iki “Black Hawk” helikopteri yer alır. SEPAH eyni zamanda vahid və inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq olunduğunu da qeyd edib.

Bundan əvvəl İran tərəfi F-35-in məhv edildiyini və pilotunun saxlanıldığını açıqlamışdı. ABŞ-ın “Axios” nəşri isə hadisəyə yaxın mənbəyə istinadən yazıb ki, söhbət əslində iki nəfərlik F-15E Strike Eagle tipli təyyarədən gedə bilər./modern.az


MANŞET XƏBƏRLƏRİ