Almaniyadan Aİ-yə çağırış: Xarici siyasətdə yekdillik prinsipi ləğv olunsun!


Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik siyasəti ilə bağlı qərarlarda yekdillik prinsipini ləğv etməsini istədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Vadeful Funke Media qrupuna verdiyi açıqlamada AB-də ixtisaslı çoxluq sistemi ilə işləməyi dəstəklədiyini bildirib və əlavə edib: "Son həftələrdə Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı bütün təcrübələrimiz bunu təsdiqləyir".

Vadeful bunun Avropanın hərəkət etmək qabiliyyəti üçün fundamental bir məsələ olduğunu vurğulayaraq, "Beynəlxalq səviyyədə təsirli bir aktyor olmaq və həqiqətən yetkin olmaq üçün bu seçki dövrü bitməmişdən əvvəl AB daxilində xarici və təhlükəsizlik siyasətində yekdillik prinsipini ləğv etməliyik" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ