Qahirədə Qəzzada atəşkəs razılaşması ilə bağlı danışıqlar davam edir


Qəzza zolağında atəşkəs razılaşmasının tətbiqi ilə bağlı danışıqların Misirin paytaxtı Qahirədə davam etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Misir mətbuatında yer alan xəbərlərə görə, son iki gün ərzində Qahirədə atəşkəs sazişinin icrası ilə bağlı vasitəçilərin iştirakı ilə danışıqlar aparılıb.

Danışıqlarda Qəzza Sülh Komitəsinin ali nümayəndəsi Nikolay Mladenov da iştirak edib.
Qahirədə yerləşən Əl-İxbariyyə kanalının məlumatına görə, danışıqlar zamanı ümumilikdə müsbət atmosfer hökm sürüb və hər iki tərəf Qəzza ilə bağlı "ABŞ Prezidenti Donald Trampın planı"nın bütün bəndlərinin həyata keçirilməsi istiqamətində işləməyə hazır olduqlarını bildiriblər.

HƏMAS-ın həmçinin Şarm əl-Şeyx Zirvəsinin nəticələrinin və Trampın Qəzza planının həyata keçirilməsində israrlı olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ