İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirdi


İsrail ordusunun Livanın cənubundakı dağlıq bölgələrdə döyüş təyyarələri ilə hücuma keçdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, İsrailə məxsus döyüş təyyarələri Rihan dağlarında 2 bölgəyə hücum edib.

Hədəf edilən bölgəyə 4 ədəd hava-yer tipli raketin atıldığı qeyd edilib.

İsrail ordusundan verilən açıqlamada Rihandakı hücumda Hizbullah hədəflərinin vurulduğunu iddia edib.

“Hizbullah” hələlik insan tələfatı və dağıntılarla bağlı açıqlama verməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ