Rumıniya: “Ukrayna sərhədində dron hissələri tapıldı”


Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamada pilotsuz təyyarənin hissələrinin Ukrayna sərhədində tapıldığı qeyd edilib.

Turkustan.az xəbər verir ki, NATO üzvü Rumıniya tərəfindən verilən açıqlamada qeyd olunub ki, pilotsuz uçuş aparatının hissələri Dunay çayı yaxınlığında və Ukrayna sərhəddindəki fermada tapılıb . Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Martın 28-i axşam saatlarında ferma tarlasında pilotsuz təyyarəyə aid olduğu görünən hissələr tapılıb”. Nazirliyin açıqlamasında hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.

Oxşar hadisə şənbə günü də baş verib. Polşa martın 23-də Rusiyanın Ukraynaya qarşı hava hücumları zamanı Rusiyanın qanadlı raketinin Polşanın hava məkanını pozduğunu açıqlayıb. Polşa Əməliyyat Komandanlığından verilən açıqlamada, raketin yerli vaxtla saat 04.23-də Polşa hava məkanına daxil olduğu, Polşa Hərbi Hava Qüvvələri və NATO qüvvələrinin dərhal xəbərdar edildiyi, raketin qısa müddət ərzində səma üzərində uçduğu açıqlanıb. Oserdov kəndi, Polşa sərhədindən 2 km aralı. Açıqlamada 400 metr yüksəklikdə saatda 800 kilometr sürətlə hərəkət etdiyi təsbit edilən Rusiya qanadlı raketinin 39 saniyə sonra Polşa hava məkanını tərk etdiyi üçün vurulmadığı bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ