Dünya bu görüntüdən danışır: Universitet binasına snayper yerləşdirdilər - FOTO


ABŞ-da universitetlərdə başlayan Fələstin tərəfdarları etirazlarından dünyanı şoka salan görüntülər ortaya çıxmağa başlayıb. Etirazların davam etdiyi İndiana Universitetinin binasının damına amerikalı snayper yerləşdirilib.

Turkustan.az xəbər verir ki, ABŞ-da ötən həftə başlayan və genişlənməkdə davam edən Qəzza etirazlarında maraqlı hadisələr yaşanır. Fələstin tərəfdarı etirazların keçirildiyi İndiana Universitetində snayperlər iştirak etməyə başlayıb.

ABŞ-ın Nyu-York şəhərində başlayan Fələstin tərəfdarı etirazlar ABŞ-ın bir çox universitetlərinə də sirayət edib. Keçən həftə Kolumbiya Universitetində 100-dən çox nümayişçinin saxlanılmasından sonra etirazlar Corc Vaşinqton Universiteti, Emori Universiteti, Bostondakı Emerson Kolleci, Los-Ancelesdəki Cənubi Kaliforniya Universiteti və Ostindəki Texas Universiteti də daxil olmaqla, Vaşinqtonun bir çox universitetlərinə yayıldı.

Universitetlərdə keçirilən etirazlarda tələbələr məktəblərdən İsraillə maliyyə əlaqələrini kəsməyi və aylarla davam edən qarşıdurmanı mümkün edən şirkətlərdən əl çəkməyi tələb edərkən, ABŞ polisi tələbələrin Fələstinə dəstək üçün başlatdığı kütləvi nümayişlərdə qeyri-mütənasib güc tətbiq etməyə başladı . Etiraz edən tələbələrin təhlükəsizlik qüvvələri tərəfindən çox sərt müdaxilələrlə saxlanıldığı görüntülər dünyanın reaksiyasına səbəb olub.

ABŞ polisinin tələbələrə qarşı sərt müdaxiləsinə reaksiyalar olsa da, etirazların yayıldığı qurumlardan biri olan İndiana Universitetindən qan donduran görüntülər gəlib . Fələstin tərəfdarı etirazların keçirildiyi İndiana Universitetinin binasının damına amerikalı snayper yerləşdirilib . Görüntülər əsasında şagirdlərin hədəfə alınıb-alınmayacağı ilə bağlı müzakirələr başlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ