Blinken İsrailə səfər edəcək


ABŞ dövlət katibi Antoni Blinkenin gələn həftə İsrail ordusunun Rəfaha mümkün quru hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi razılaşmasını müzakirə etmək üçün İsrailə gələcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə Blinkenin aprelin 30-da İsrailə səfər edəcəyi bildirilib.

Məhkum mübadiləsi də gündəmdədir

Bildirilib ki, səfər zamanı Blinken İsrail rəsmiləri ilə İsrailin Rəfaha mümkün quru hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi kimi məsələləri müzakirə edəcək.

Qeyd olunub ki, bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən regiona 7-ci səfəri olacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ