Szinpin Blinkenə “yerini göstərdi” – Şok video


Çində səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinkenin Şin lideri Si Szinpinlə görüşü baş tutub.

Turkustan.az xəbər verir ki, görüşlə bağlı təfərrüat açıqlanmasa da, görüntülər bəzi iddialara səbəb olub.

Szinpinin Blinkeni soyuq qarşıladığı hiss olunur. Belə ki, Szinpin əl görüşməsini tez bitirir və əl-ələ olduğu halda deyil, yalnız əlini çəkdikdən sonra kamera və fotoqraflar üçün poz verir.

Digər tərəfdən, ikitərəfli görüşdə Szinpin Blinkenlə üzbəüz əyləşmir, masanın yuxarı başında, tək oturur, Çin və Blinkenin rəhbərlik etdiyi nümayəndə heyəti isə üz-üzə əyləşiblər.

Bu, diplomatik qaydalarda Szinpin tərəfindən verilən mesaj kimi qəbul edilib.

(axar.az)


MANŞET XƏBƏRLƏRİ