Bundestaq: "Ukraynada NATO üzvlərinə hücum edilərsə, 5-ci maddə işləməyəcək"


Almaniya Bundestaqının ekspertlərinin qənaətinə görə, istənilən NATO ölkəsinin quru qoşunlarının Ukraynaya göndərilməsi avtomatik olaraq alyansın digər müttəfiqlərini münaqişəyə cəlb etməyəcək və beynəlxalq hüquq normalarına uyğun olacaq.

Turkustan.az xəbər verir ki, Almaniya parlamentinin araşdırma departamentinin fikrincə, əgər NATO üzvü olan ölkə əməliyyatın koordinasiyası olmadan və alyansın hərbi komandanlıq strukturlarından kənarda birtərəfli qaydada hərəkət edərsə, o zaman nə NATO-nun özü, nə də digər tərəfdaş dövlətlər münaqişənin tərəfi olmayacaq. DPA agentliyi hələ dərc olunmamış ekspert hesabatından çıxarış təqdim edir.

Rusiya Ukrayna ərazisində bir NATO ölkəsinin qoşunlarına zərbələr endirərsə, NATO Müqaviləsinin 5-ci maddəsi işə düşməyəcək, çünki bu, öz ərazisində müttəfiq ölkəyə hücumu nəzərdə tutur.

Qeyd olunur ki, Fransa quru qoşunlarının Ukrayna tərəfinə hipotetik hərbi müdaxiləsi dövlətlərin kollektiv özünümüdafiə hüququna əsaslanacaq və beləliklə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin 51-ci maddəsinə zidd olmayacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ