Pakistandan Əfqanıstana hava hücumu


Kabil Pakistanın Əfqanıstanın şərqinə endirdiyi hava zərbələri nəticəsində azı 8 nəfərin öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, Pakistan və Əfqanıstan arasında gərginliyin artması fonunda Pakistan Hərbi Hava Qüvvələri birbaşa Əfqanıstanda hava hücumları həyata keçirib. İlkin məlumata görə, azı 8 nəfər həyatını itirib.

Taliban hökumətinin sözçüsü bildirib ki, bazar ertəsi Pakistan hava qüvvələrinin Əfqanıstanın sərhəd bölgələrinə endirdiyi zərbələr nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər ölüb. həyatını itirdiyini bildirib.

Sözçüsü Zabihullah Mücahid, Pakistan təyyarələrinin Pakistan sərhədinə yaxın olan Xost və Pktika əyalətlərində "səhər saat 03:00 radələrində mülki evləri bombaladığını" bildirib və öldürülən 8 nəfərin hamısının qadın və uşaq olduğunu bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ