Pakistan parlamenti Şəhbaz Şərifi yenidən ölkənin baş naziri seçib.
Turkustan.az xəbər verir ki, parlamentin 201 deputatı onun namizədliyini dəstəkləyib.
Şərif ikinci dəfə baş naziri olub. O, İmran Xanın istefaya göndərilməsindən sonra ölkəyə rəhbərlik etməyə başlamışdı.
Həbsdə olan sabiq baş nazir İmran Xanın dəstəklədiyi Ömər Ayubanə 92 deputat dəstəkləyib.
Qeyd edək ki, 72 yaşlı Şərif Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) partiyasının namizədi olub. O, ölkəyə üç dəfə baş nazir Nəvaz Şərifin kiçik qardaşıdır. /modern.az/