Avropa Komissiyası fevralın 2-də Şengen vizası rüsumunun artırılması layihəsini təqdim edib. Təklif qanuni olarsa, qiymət artımı yaxın bir neçə ay ərzində baş verəcək.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyası 2024-cü ildə Şengen vizası üçün əsas rüsumun artırılması təklifini təqdim edib .
Təklif yaşıl işıq yandırsa, rüsum 12 faiz artaraq böyüklər üçün 80 avrodan 90 avroya, uşaqlar üçün isə 40 avrodan 45 avroya yüksələcək. Aİ, həmçinin, üzv ölkələrdən deportasiya edilmiş insanların yenidən ölkəyə qəbulunda qeyri-kafi əməkdaşlıq edən ölkələr üçün rüsumları daha da artırmağı planlaşdırır.
AB və Şengen zonasının 90 günlük viza azadlığı qaydasından faydalana bilməyən Aİ üzvü olmayan ölkələrin vətəndaşları üçün Şengen vizası tələb olunur. Təklif qanuni olarsa, qiymət artımı yaxın bir neçə ay ərzində baş verəcək.
Avropa Komissiyası dekabrın 2-də üzv ölkələrin ekspertlərinin yenidən baxılmasını dəstəklədiyi görüşdən sonra Şengen vizası rüsumunun artırılması layihəsini təqdim etdi. Təşəbbüs martın 1-dək rəy üçün açıq olacaq. Bu müddət ərzində Aİ vətəndaşları məsələ ilə bağlı öz fikirlərini bildirə və təklifi dəstəkləyib-dəstəkləmədiklərini bildirə bilərlər. Bundan sonra Aİ dəyişiklikləri həyata keçirə bilər və bu dəyişikliklər Avropa İttifaqının Rəsmi Jurnalında dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək.
Şengen vizası rüsumları üç ildən bir nəzərdən keçirilir. Komissiya vurğulamışdır ki, təklif edilən qiymət artımı Aİ-də artan inflyasiya səviyyəsi ilə bağlıdır. Bu dəyişiklik baş verərsə, viza rüsumları böyüklər üçün 80 avrodan 90 avroya, uşaqlar üçün isə 40 avrodan 45 avroya yüksələcək. Vətəndaşların readmissiyasında əməkdaşlıq etməyən ölkələr üçün qiymət 120 avrodan 135 avroya və 160 avrodan 180 avroya yüksələcək.
Bundan əlavə, Komissiya Şengen vizasının rəsmiləşdirilməsi üzrə xidmət göstərən xarici provayderlərə yenidən baxılmaya uyğun olaraq öz haqlarını artırmağa icazə verilməsini təklif edib. Üzv dövlətlər adından Şengen vizası müraciətlərini toplayan viza agentlikləri kimi xarici provayderlərin ala biləcəyi maksimum məbləğ adətən standart rüsumun yarısıdır. Komissiya bunun 40 avrodan 45 avroya qaldırılmasını təklif edir. Digər tərəfdən, Şengen vizasının uzadılması rüsumu 30 avro səviyyəsində sabit qalacaq .
Aİ həmçinin 2022-ci ildə müzakirə edilən rəqəmsal Şengen vizasını tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Sərnişinlər səfər etməyi planlaşdırdıqları ölkədən asılı olmayaraq onlayn müraciət edə biləcəklər və rəqəmsal versiya pasportlarda mövcud etiket sistemini əvəz edəcək. Avropa Komissiyası rəqəmsal platformanı 2028-ci ilə qədər tətbiq etməyə ümid etdiyini bildirib.
90 günlük qaydadan faydalanmayan AB-yə daxil olmayan ölkələrin vətəndaşları üçün Şengen vizası tələb olunur.
Türkiyə, Cənubi Afrika, Hindistan, Pakistan, Şri-Lanka və Çin kimi ölkələrin vətəndaşlarına turizm və ya ailə səfərləri üçün 28 Avropa ölkəsində 90 günə qədər qalmaq imkanı verən Şengen vizası lazımdır.
Britaniya, Kanada, Amerika və Avstraliya kimi ölkələrin vətəndaşlarının Şengen vizası üçün müraciət etməsinə ehtiyac yoxdur.
Eltac Zülfüqaroğlu/Turkustan.az