Bayden: “Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik" - VİDEO


“Rusiya Federasiyası Ukraynanı məğlub edərsə, NATO-nun hansısa ölkəsini işğal edə bilər və bu, ABŞ-ı münaqişəyə sürükləyə bilər”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ukrayna ilə bağlı xüsusi müraciətində deyib.

O qeyd edib ki, bu baş verərsə, ABŞ indi olmayan bir şeylə - Rusiya ordusu ilə döyüşən Amerika hərbçiləri ilə qarşılaşacaq:

"Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik".

Bayden həmçinin qeyd edib ki, ABŞ-dan yeni vəsait almadan Kiyevə avropalı tərəfdaşların dəstəyinin davam etdirilməsi sual altında olacaq.

/bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ