“Belarus heç vaxt respublika ərazisində yerləşən nüvə silahından istifadə etməyəcək”.
Turkustan.az yerli KİV-əistinadən xəbər verir ki, bu sözləri ölkə Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.
Belarus lideri nüvə silahının respublikaya gətirilməsi ilə bağlı çoxlu söhbətlərin olmasına da diqqət çəkib.
O qeyd edib ki, ölkədə taktiki nüvə silahlarının yerləşdirilməsi onun təşəbbüsü olub.
“Bu, bizimlə, Belarusiyada, təhlükəsiz yerdə olmalıdır. Əminəm ki, ondan heç vaxt istifadə etmək məcburiyyətində qalmayacağıq və düşmən heç vaxt torpağımıza ayaq basmayacaq”, – deyə Lukaşenko bildirib. /konkret.az/