Nəriman Həsənzadənin son sözü bu olub – Qızı danışdı


Atam Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində 20 gündən çox qaldı. Buna baxmayaraq, sağalacağına son ana qədər ümid edirdi.

Turkustan.az xəbər verir ki, bunu xalq şairi Nəriman Həsənzadənin qızı Xatirə Həsənzadə Teleqraf-a açıqlamasında deyib.

Xatirə Həsənzadənin sözlərinə görə, şair ömrünün son gününədək yaradıcılığından ayrılmayıb:

“Atamın son sözləri bu oldu ki, insan yaşamalıdır, yaratmalıdır, gözəlliyi görməlidir. O, ömrünün son gününə qədər yazırdı. Deyirdi ki, insan yazırsa, deməli yaşayır”.

Qeyd edək ki, xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib./kult.az


MANŞET XƏBƏRLƏRİ