”Ankoricdə həqiqətən də heç bir razılaşma olmayıb” - Putin


“Heç kim heç bir sənədə imza atmayıb, amma biz Ukraynadakı münaqişənin başa çatdırılması ilə bağlı müəyyən imkanları və kompromisləri müzakirə etmişik. Müzakirə olunan kompromislər məhz Amerika tərəfinin bizə ünvanladığı təkliflər idi. Bizdən amerikalı danışıqlarçıların formalaşdırdığı kompromislərə getməyimiz xahiş olunurdu”.

Turkustan.az bildirir ki, bunu Vladimir Putin deyib.

Bununla yanaşı, Vladimir Putin Avropa liderlərinin Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir göstərə bildiyinə şübhə etdiyini deyib.

Rusiya prezidenti jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp yetkin və təcrübəli siyasətçidən də artıqdır. /Gununsesi.info


MANŞET XƏBƏRLƏRİ