İddia: Netanyahu növbəti seçkilərdə öz siyahısını yaradacaq


İsrail Baş naziri Benyamin Netanyahu növbəti parlament seçkilərində Likud Partiyasından ayrı, müstəqil siyahı ilə iştirak edə biləcəyinə işarə edib.

Turkustan.az xəbər verir ki, İsrailin 14-cü Kanal televiziyasının məlumatına görə, Netanyahu bu ehtimalı Likud Partiyasının Mərkəzi Komitəsinin sədri və turizm naziri Haim Katz ilə qapalı görüşdə müzakirə edib.

Məlumata əsasən, Baş nazir seçki siyahısının formalaşdırılması ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmaması halında fərqli yol seçə biləcəyini bildirib. İddialara görə, o, "Lazım gələrsə, öz siyahımı yaradaraq seçkilərə təkbaşına qatıla bilərəm" deyə qeyd edib.

Görüşdə iştirak edən mənbələr Netanyahunun bu fikri zarafatla səsləndirdiyini desələr də, partiya daxilində bəziləri bunu siyasi mesaj və Likuddakı daxili gərginliyin göstəricisi kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ