Fransanın şərqində dəhşətli qəza: bütün sərnişinlər həlak oldu - FOTO


Fransanın şərqində paraşütçüləri daşıyan mülki təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə Mört-et-Mozel departamentinin Tomblen şəhəri yaxınlığında baş verib. Təyyarə Nansi-Essey hava limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Prefekturanın açıqlamasında bildirilib ki, təyyarədə pilot və ümumilikdə 10 paraşütçü olub. Qəza nəticəsində göyərtədəki bütün 11 nəfər həlak olub.

Fransanın daxili işlər naziri Loran Nunezin yaxın saatlarda hadisə yerinə gedəcəyi gözlənilir.

Qəzanın başvermə səbəbi hələ açıqlanmayıb, hadisə ilə bağlı araşdırma aparılır.

Fransada təyyarə qəzası.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ