Zelenskinin Putinə məktubu ilə bağlı gözlənilməz məqamlar


“Ukrayna lideri Volodimir Zelenskinin Rusiya Prezidentinə ünvanladığı məktub əslində yalnız Vladimir Putinə deyil, həm də Avropaya və Ukrayna ictimaiyyətinə yönəlib”.

Turkustan.az xəbər verir ki, bunu Fransanın ehtiyatda olan generalı Olivier Kempf deyib.

Onun sözlərinə görə, bu müraciətin üç əsas ünvanı var:

–Ukrayna ictimai rəyi

-Avropadakı müttəfiqlər

-Müəyyən qədər ABŞ Prezidenti Donald Tramp

Kempf qeyd edib ki, məktubun əsas məqsədi Putinə birbaşa mesaj verməkdən çox, ictimai rəyə təsir göstərməkdir.

O bildirib ki, məktubda Putinə qarşı sərt və “sülhə çağırış ruhuna uyğun olmayan” ifadələr yer alır:

“Əgər Zelenski həqiqətən görüş təklifi etmək istəsəydi, bu cür sərt ifadələrdən istifadə etməzdi. Bu addımın məqsədi Ukrayna cəmiyyətinə “hər şey hələ bitməyib” mesajı vermək və müharibənin tezliklə bitə biləcəyi barədə ümid yaratmaqdır.

Rusiya Prezidenti Vladimir Putin isə bu məktuba münasibət bildirərək orada “açıq şəkildə hörmətsizlik elementlərinin” olduğunu deyib və Zelenski ilə görüş üçün hələlik əsas görmədiyini qeyd edib”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ