Rusiya bir nömrəli təhlükədir, SSRİ planı var - Draqone


Rusiya SSRİ-nin dağılmasından əvvəl sahib olduğu əraziləri geri qaytarmağa çalışır.

Turkustan.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone deyib.

O, Rusiyanın tükəndirmə strategiyası, İran müharibəsindən çıxarılan dərslər və Ukraynanın yeni rolu barədə danışıb:

“Rusiya rəsmi olaraq bir nömrəli təhlükə hesab olunur. Moskva SSRİ dövründəki ərazilərə nəzarəti bərpa etməyə çalışır və bu, təkcə Baltik regionu ilə məhdudlaşmır. Alyans isə Arktika və cənub istiqamətləri daxil olmaqla 360 dərəcə müdafiəyə hazırlaşır.

Ukrayna artıq “təhlükəsizlik ixracatçısına” çevrilib. Ukrayna Silahlı Qüvvələri NATO üçün təlimatçı rolunda çıxış edir və xüsusilə dronlara qarşı mübarizədə unikal təcrübə paylaşır.

İranla münaqişə göstərdi ki, havada tam üstünlük həlledici amildir. NATO kütləvi PUA hücumlarına qarşı ən ucuz və effektiv müdafiə yollarını axtarır və burada Ukraynanın təcrübəsinə əsaslanır”.


MANŞET XƏBƏRLƏRİ