Hizbullah: Hücumların qisasını alacağıq!


Hizbullah İsrailin Livanda atəşkəsi pozduğunu və hücumlar həyata keçirdiyini iddia edərək buna qarşılıq verəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hizbullahın Telegram kanalında yayımlanan yazılı bəyanatda İsrailin Baş naziri Binyamin Netanyahunun “Hizbullah atəşkəsi pozur” açıqlaması kəskin şəkildə pislənilib.

Bəyanatda qeyd olunub ki, İsrail işğal altındakı ərazilərdə hücumlar təşkil edir, yaşayış evlərini dağıdır və bununla atəşkəsi pozur. Hizbullah isə bu addımlara cavab verəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ