Paytaxt Dəməşqdə Suriyanın devrilmiş lideri Bəşər Əsəd və qardaşı Mahir Əsədin qiyabi məhkəməsi başlayıb.
Turkustan.az xəbər verir ki, Dəməşqdəki Ədalət Sarayındakı Dördüncü Cinayət Məhkəməsində keçirilən məhkəmə prosesində yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmilərinin adları yer alıb.
Dinləmədə adı çəkilən adlar arasında Bəşər Əsəd və Mahir Əsəd, eləcə də Məhəmməd Əyyuş, keçmiş müdafiə naziri Fəhdi Cassam əl-Frayic, Dəraa hərbi kəşfiyyatının rəisi Luay əl-Əli, Dəraa kəşfiyyat şöbəsinin rəisi Favik Nasir və komandir Talal Hüseyn var idi.
Sözügedən şəxslərin hamısının xaricə qaçdığı və buna görə də qiyabi mühakimə olunduğu və məhkəmənin müvafiq qanunvericiliyə uyğun olaraq onlara qarşı bildiriş prosesi başlatacağı bildirildi.
Məlumata görə, dinləmələrə Suriya Respublikasının Baş prokurorunun müavini Həsən ət-Trübe sədrlik edib.
Aytən Yaşar/ Turkustan.az