Tramp İrana hücumları dayandırmağı əmr etdi


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Müdafiə Nazirliyinə cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Turkustan.az bildirir ki, o bunu “Truth Social”da yazıb.

Tramp ABŞ və İranın son iki gün ərzində “Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli nizamlanmasına dair çox yaxşı və məhsuldar danışıqlar” apardığını bildirib.

“Həftə ərzində davam edəcək bu dərinləşdirilmiş, ətraflı və konstruktiv danışıqların xarakterinə və tonuna əsaslanaraq, mən Müdafiə Nazirliyinə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırdım”, – Tramp qeyd edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ