Epşteyn qalmaqalında yeni foto ərəb dünyasını silkələməyə hazırlaşır


ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan milyarder Ceffri Epşteynin həbsxanada ölü tapılması ilə bağlı qalmaqal gündəmdə qalmaqda davam edir. İşlə bağlı zaman-zaman yeni məlumatlar və fotolar yayılır.

Turkustan.az xəbər verir ki, son olaraq, 2012-ci ildə Epşteynin şəxsi təyyarəsində çəkildiyi iddia olunan bir fotoşəklin ortaya çıxması beynəlxalq mediada geniş rezonans doğurub.

Məlumatlara görə, fotoda Epşteynlə birlikdə görüntülənən qadınların Səudiyyə Ərəbistanından olan iş adamı Əzizə Əl-Əhmədi və Birləşmiş Ərəb Əmirliklərindən olan diplomat Hind Əl-Uveys olduğu iddia edilir.

Bəzi mənbələr Əl-Əhmədinin Kəbənin örtüyünün bir hissəsini Epşteynə göndərdiyini, Əl-Uveysin isə Epşteynlə əlaqəli şəxslər arasında yer aldığını irəli sürür. Lakin bu iddialarla bağlı rəsmi təsdiq verilməyib.

Epşteyn qalmaqalında yeni foto ərəb dünyasını silkələməyə hazırlaşır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ