İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, Tehranın 60 faiz zənginləşdirilmiş uranı durulaşdırması bütün sanksiyaların ləğv edilib-edilməyəcəyindən asılıdır.
Turkustan.az xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinə (ISNA) danışan İslami Tehranın nüvə proqramı və zənginləşdirilmiş uranı ilə bağlı şərh verib.
İslami İranın zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələsinin onların gündəliyində olmadığını və bu məsələnin Oman danışıqlarında müzakirə olunmadığını bildirib və əlavə edib ki, ölkəsində 60 faiz zənginləşdirilmiş uranın durulaşdırılması bütün sanksiyaların ləğv edilib-edilməyəcəyindən asılıdır.
İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə obyektlərinə edilən hücumlarla bağlı səssiz qaldığına diqqət çəkərək dedi: "Müfəttişlər hücuma məruz qalmayan mərkəzləri yoxladılar. Onlar yaxın günlərdə bəzi digər mərkəzlərə də baş çəkəcəklər".
Aytən Yaşar/ Turkustan.az