Suriya mətbuatında yer alan xəbərlərə görə, özəl Suriya televiziya kanalı prezident Şaranın çərşənbə günü Moskvaya gedəcəyini və Putinlə görüşəcəyini açıqlayıb.
Turkustan.az xəvbər verir ki, xəbərdə səfərlə bağlı heç bir detal yer almayıb.
Nə Suriya, nə də Rusiya hakimiyyəti səfərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada Prezident Əhməd Şara ilə görüşmüşdü. Bu səfər Şaranın 2024-cü ilin dekabr ayının sonunda Bəşər Əsəd rejiminin devrilməsindən sonra prezident kimi Moskvaya ilk rəsmi səfəri idi.
Aytən Yaşar/ Turkustan.az