Tramp Davosda: Qrenlandiyanı istəyirik, onu ancaq biz qoruya bilərik!


ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumu çərçivəsində keçirilən Zirvə Görüşündə çıxış edib.

Turkustan.az xəbər verir ki, Tramp çıxışında ABŞ-ın son bir ildə əldə etdiyi nailiyyətlərdən, Avropadakı vəziyyətdən, miqrasiya problemlərindən və Qrenlandiya məsələsindən danışıb.

Tramp bildirib ki, ABŞ qısa müddətdə böyük irəliləyiş əldə edib:
“Bir il əvvəl ABŞ ölü bir ölkə idi, amma indi dünyanın bütün ölkələrini geridə qoymuşuq. Mən Avropanı sevirəm və onun yaxşı olmasını istəyirəm, amma hazırkı vəziyyət bunu göstərmir. Avropanın bəzi hissələri artıq tanınmaz hala düşüb. Kütləvi miqrasiya Avropaya böyük ziyan vurub”.

Qrenlandiya mövzusuna toxunan Tramp deyib ki, adanın təhlükəsizliyini yalnız ABŞ təmin edə bilər:
“Qrenlandiya çox vacib və strateji əhəmiyyətə malikdir. Onun təhlükəsizliyini yalnız ABŞ təmin edə bilər. Biz onu alacağıq, lakin kobud güc tətbiq etməyəcəyik. Biz Qrenlandiyanı İkinci Dünya Müharibəsində azad etdik və Danimarkaya geri qaytardıq. Biz necə də axmaq idik”.

Tramp çıxışında miqrasiya problemini də xüsusi vurğulayıb:
“Bəşər tarixində görünməmiş miqyasda miqrasiya axını baş verib. Liderlər bunun nə qədər təhlükəli olduğunu ya anlamırlar, ya da anlasalar belə, heç nə edə bilmirlər. Avropanın bəzi bölgələri artıq tanınmaz hala düşüb”.

İqtisadi göstəricilərə toxunan ABŞ Prezidenti qeyd edib ki, əvvəlki dövrlərdə ölkə hər il təxminən 1 trilyon dollar israf edirdi:
“Biz inflyasiya yaratmadan büdcə kəsirinin 70 faizini cəmi bir il ərzində bağladıq. Düzgün addımlar atdıq. Ticarət kəsiri tariflər vasitəsilə aradan qaldırıldı”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ