Şara Əsəd rejiminin devrilməsinin ildönümü münasibətilə qardaşlıq mesajı verdi


Suriya prezidenti Əhməd Şəra Əsəd rejiminin süqutunun ildönümündə səhər namazı qıldığı Əməvi məscidində “qardaşlıq” mesajı verib.

Turkustan.az xəbər verir ki, keçən il Dəməşqdə geyindiyi eyni hərbi formada məscidə gələn Şəranı xarici işlər naziri Əsəd Həsən Şeybani də daxil olmaqla bir neçə nazir müşayiət edib.

Səudiyyə Ərəbistanında devrilmiş rejimin süqutunun ildönümü münasibəti ilə məscidə hədiyyə edilən, Quran ayələri həkk olunmuş Kəbənin üzlüyündən götürülmüş hədiyyəni Şəra açıb.

Prezident Şəra daha sonra xalqa müraciətində Kəbə örtüyünün bir parçasının Əməvi məscidində saxlanmasını istədiyini ifadə edərək, "Beləliklə, Məkkədən Şama qədər uzanan sevgi və qardaşlıq bağları güclənir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ