BBC: Trampın milyardlıq təzminat iddiası ilə mübarizə aparacağıq!


Britaniyanın ictimai yayımçısı BBC ABŞ prezidenti Donald Trampın quruma qarşı planlaşdırdığı çox milyardlıq iddiası ilə mübarizə aparmaqda qərarlı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Tramp keçən il yayımlanan sənədli filmində çıxışının “montaj edildiyi” səbəbilə BBC-ni təzminat üçün məhkəməyə verəcəyini elan etdikdən sonra BBC sədri Samir Şah qurumun əməkdaşlarına elektron məktub göndərib.

Şah bir e-poçtda qurumun mövqeyinə aydınlıq gətirərək dedi: "Potensial hüquqi proses, potensial xərclər və edilə biləcək potensial kompromislər haqqında çox yazılıb və spekulyasiya edilib. Bu proses boyunca biz dövlət tərəfindən maliyyələşdirilən bir qurum olduğumuzun fərqindəyik və lisenziya haqqı ödəyən vətəndaşlarımızın hüquqlarını qorumalıyıq".

BBC sədri qurumun mövqeyinin aydın olduğunu vurğulayaraq, "Aydın olmaq istəyirəm; bizim mövqeyimiz dəyişməyib. Böhtan işi üçün heç bir əsas yoxdur və biz bununla mübarizə aparmaqda qərarlıyıq" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ