Türkiyə Netanyahu və 37 İsrail rəsmisinin həbsinə order verdi


İstanbul Baş Prokurorluğu İsrailin Qəzza zolağında törətdiyi qırğınlar və Qlobal Sumud Donanmasına hücumlarla bağlı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, açıqlamada İsrailin baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yisrael Katz, sərhəd təhlükəsizliyi naziri İtamar Ben Qvir, Baş Qərargah rəisi Eyal Zamir və Dəniz Qüvvələri komandanı David Saar Selam da daxil olmaqla 37 nəfər haqqında “soyqırım” və “insanlığa qarşı cinayətlər” ittihamı ilə həbs qərarı verildiyi bildirilib.

İstanbul Baş Prokurorluğunun açıqlamasında deyilir:

“İsrail dövlətinin Qəzzada bu günə qədər sistemli şəkildə həyata keçirdiyi soyqırım və insanlığa qarşı cinayətlər nəticəsində minlərlə insan, o cümlədən qadınlar və uşaqlar həyatını itirib, minlərlə insan yaralanıb, yaşayış məntəqələri yararsız hala düşüb.

‘Hind Recep’ adlı şəxs 6 yaşlı qız uşağı 335 güllə ilə İsrail əsgərləri tərəfindən öldürülüb; İsrail əsgərləri tərəfindən hədəfə alınıb və 21 mart 2025-ci ildə Türk–Fələstin Dostluq Xəstəxanası da eyni şəkildə bombalanıb. Bir çox səhiyyə müəssisəsi Qəzzada hücuma məruz qalıb, humanitar yardımın qurbanlara çatması əngəllənib.

Bütün bu hadisələrin qarşısının alınmadığı, əksinə, dünya ictimaiyyətində ciddi narazılıq və geniş əks-səda doğurduğu müşahidə olunub.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ