Türkiyə Diyanət Fondu Qəzza üçün 20 TIR humanitar yardım göndərdi


Türkiyə Diyanət Vəqfi (TDV) Misir üzərindən Qəzza zolağına humanitar yardımla dolu 20 yük maşını göndərib.

Turkustan.az xəbər verir ki, TDV İsrailin iki ildən artıqdır blokadada saxladığı və bombaladığı Qəzza zolağına humanitar yardım kampaniyasını davam etdirir.

TDV-nin baş direktoru İzani Turan mərasimdəki çıxışında bildirib ki, bütün dünya uzun müddətdir Qəzza zolağında baş verən soyqırımı və insan faciəsini izləməklə kifayətlənir.

Bununla belə, Turan dünyanın hər yerində vicdanlı insanların Qəzzaya maraq göstərməyə davam etdiyini ifadə edərək, "Bu müddət ərzində Türkiyə milləti, dövləti və QHT-ləri ilə hər zaman Qəzzanın yanında olub və bunu davam etdirir" deyib.

Turan Misirdə Qəzzada Fələstin xalqının yanında olduqları mesajını verdiklərini və Əl-Xeyr Yardım Dərnəyi vasitəsilə Qəzzaya 20 TIR humanitar yardım göndərməyə çalışdıqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ