Tramp-Zelenski görüşünün gizlinləri: heç kim qışqırmadı, amma…


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə sərt davranıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ lideri Ukraynaya “Tomaqavk” qanadlı raketlərini göndərməkdən imtina edib:

“Tramp açıq şəkildə bildirib ki, onun hazırkı əsas prioriteti münaqişəni diplomatiya yolu ilə həll etməkdir və Kiyevi yeni silahlarla təmin etmək bu səylərə zərbə vura bilər. Başqa bir mənbə isə Ağ Evdəki danışıqların çətin və pis keçdiyini bildirib. “Heç kim qışqırmırdı, amma Tramp sərt idi. O, görüş zamanı bəzi kəskin bəyanatlar verdi”, – deyə mənbə qeyd edib”, – portalda yazılıb.

Qeyd edək ki, ABŞ prezidentinin Ukrayna lideri ilə görüşü oktyabrın 17-də baş tutub. Bundan əvvəl Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə uzunmüddətli telefon danışığı aparıb və onlar Budapeştdə görüşmək barədə razılığa gəliblər./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ