Birləşmiş Ştatların maliyyə təzyiqi və siyasi müdaxiləsi altında BMT və onun əsas qurumları Nyu-Yorkdan digər dünya şəhərlərinə, o cümlədən İstanbula köçüb-köçmək məsələsini müzakirə edirlər.
Turkustan.az.az xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
“TRT World”ün İstanbulun BMT-nin köçə biləcəyi şəhər olub-olmayacağı ilə bağlı sualına Düjarrik “İstanbul artıq BMT-nin müxtəlif təşkilatlarının regional qərargahlarına ev sahibliyi edir, ona görə də bunu daim qiymətləndiririk” deyib.
BMT-nin altı əsas orqanından beşi - Baş Assambleya, Təhlükəsizlik Şurası, BMT-nin İqtisadi və Sosial Şurası, Qəyyumlar Şurası və BMT Katibliyi - hazırda BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşir.
Altıncı, Beynəlxalq Ədalət Məhkəməsinin baş ofisi Niderlandın Haaqa şəhərində yerləşir. ABŞ-da Tramp administrasiyasının BMT-nin maliyyəsini əhəmiyyətli dərəcədə kəsməsi qurumun idarəçiliyində problemlər yaradıb, Fələstin prezidenti Mahmud Abbasa siyasi motivli viza verməməsi və bir sıra digər liderlərə məhdudiyyətlər tətbiq etməsi tənqidlərə səbəb olub./publika.az