İrana qarşı müharibə bu tarixədək davam edəcək - Əlavə qüvvələr istənildi


ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları sentyabr ayına qədər davam edə bilər.

Turkustan.az xəbər verir ki, bunu “Politico” nəşri yazıb.

Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Pentaqondan İrana qarşı əməliyyatları dəstəkləmək üçün əlavə hərbi kəşfiyyat zabitlərinin göndərilməsini istəyib. Bu zabitlər ən azı 100 gün ərzində, böyük ehtimalla isə sentyabr ayına qədər Florida ştatının Tampa şəhərində yerləşən qərargahda fəaliyyət göstərəcəklər.

Bu müraciət ABŞ administrasiyasının İranla müharibə üçün əlavə kəşfiyyat heyəti tələb etdiyi ilk hal kimi qiymətləndirilir və əməliyyatların ilkin planlaşdırılan dörd həftədən daha uzun davam edə biləcəyinə işarə edir.

Mənbələrin sözlərinə görə, ABŞ və İsrailin İranın təhlükəsizlik infrastrukturuna qarşı həyata keçirdiyi əməliyyat nəticəsində ölkənin ali rəhbərliyi və bir sıra yüksək vəzifəli şəxslər hədəfə alınıb. Lakin Vaşinqton və Təl-Əviv hələ də əməliyyatın dəqiq strateji məqsədini açıqlamayıb./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ