ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ Dövlət Departamentinin AIM-120D-3 qabaqcıl orta mənzilli hava-hava raketlərinin Almaniyaya mümkün satışını təsdiqlədiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi açıqlamasında Almaniyaya mümkün satışına icazə verilən raketlərin təxmini dəyərinin 1,23 milyard dollar olduğunu bildirib.
"Təklif edilən satış, Almaniyanın F-35 proqramı üçün havadan havaya artırılmış imkanlar təmin etməklə və Almaniya və NATO-nun birgə planlaşdırma, təlim və əməliyyat tələblərini dəstəkləməklə Almaniyanın cari və gələcək təhdidlərlə mübarizə qabiliyyətini artıracaq", - bəyanatda deyilir.
Açıqlamada, baş podratçının Virciniya ştatının Arlington şəhərində yerləşən RTX Corporation olacağı paylaşıldı.
ABŞ Dövlət Departamentinin məlumatına görə, raketlər “Avropada siyasi sabitliyi və iqtisadi tərəqqini təmin edən NATO müttəfiqinin təhlükəsizliyini gücləndirməklə” ABŞ-ın xarici siyasət məqsədlərinə və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.
Aytən Yaşar/ Turkustan.az