Ukrayna və Polşa pilotsuz təyyarə sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Denis Şmıxal bu barədə Kiyevdə Ukrayna və Polşa müdafiə nazirlərinin brifinqində bildirib.
"Bu gün biz bir sıra mühüm addımlar barədə razılığa gəldik. Birincisi, Ukrayna və Polşa Silahlı Qüvvələrinin nümayəndələrinin daxil olacağı pilotsuz təyyarə sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılmasıdır", - Şmıxal qeyd edib.
Nazirin sözlərinə görə, bu qrup Ukrayna və Polşa tərəfləri arasında birgə təşəbbüslərin əlaqələndirilməsi və inkişafı platformasına çevriləcək.
Aytən Yaşar/ Turkustan.az