“Ukrayna üzrə danışıqlar iki əsas məsələ üzərində cəmlənib”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.
“Məsələlərdən biri ərazidir. Ruslar hələ hərbi yolla almadıqları təxminən 6 min kvadrat kilometr ərazi istəyir. Digər tərəfdən, ukraynalılar istər avropalılardan, istərsə də başqalarından təhlükəsizlik zəmanəti tələb edirlər”, – deyə o bildirib./Globalinfo.az