İmamoğlunun daha bir vəkili nəzarətdə! İttiham kifayət qədər ciddidir - FOTO


Silivri Həbsxanasında saxlanılan Əkrəm İmamoğlu və həyat yoldaşı Dilek İmamoğlunun vəkili saxlanılıb.

Turkustan.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun uşaqlıq dostu və vəkili Nusret Yılmaz məmləkəti Trabzonda saxlanılıb.

Vəkil Nusret Yılmazın İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvətə şərait yaratma” iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilir. Yılmaz polis müşayiəti ilə Trabzondan İstanbula gətirilir.

İmamoğlunun digər vəkili Mehmet Pehlivan da ötən aylarda “terror təşkilatına üzv olmaq” və “təşkilatın ləğvinin qarşısını almaq üçün tədbirlər görmək” kimi ittihamlarla həbs edilib.

Nusret Yılmaz

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ